Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Çobanzadə küç.2404

Tel.:

(+99412) 374 73 65
(+99450) 213 48 16

Biz həftənin bütün günləri saat 07:00-dən 22:00-dək fəaliyyət göstəririk.

Sosial şəbəkələr:



next prev

"F-LAND" idman və sağlamlıq kompleksi

 

"F-LAND" İdman Kompleksinin saytına xoş gəlmisiniz !

İdman kompleksi Bakı şəhəri, Nizami rayonunda, Neftçilər metro stansiyasının yaxınlığında yaradılıb.

Hal-hazırda idman kompleksinin qapıları hamı üçün açıqdır.

Bizim idman kompleksi nəcib ənənələri qoruyub saxlamaqla Azərbaycanın idman həyatında xüsusi rol oynayır.

Bu gün "F-LAND" idman kompleksi idmanla məşğul olmaq üçün nəzərdə tutulmuş müxtəlif avadanlıqlar sistemidir:

  • futbol sahələri;
  • dərin hovuz;
  • dayaz hovuz;
  • stolüstü tennis;
  • trenajor zalı;
  • bilyard;

Sağlamlıq bizim ən qiymətli sərvətimizdir. İnsanlar sağlamlıqlarını qorusunlar, möhkəmləndirsinlər və sadəcə həyatdan zövq alsınlar deyə, "F-LAND"  kollektivi hər gün əlindən gələn hər şeyi edir. Hər bir müştərinin rifahı üçün çalışmaq bizim müəssisənin əsas iş prinsipidir.

İdman kompleksində peşəkar idmançılarla bərabər şəhərimizin sıravi sakinləri də idmanla məşğul olur.

İdman kompleksinin hər bir müştərisi özünə uyğun idman proqramını seçə bilər. Hər kəs olimpiya rekordlarını qıra bilməz, lakin hər kəs özü üçün yeni idman zirvələrini kəşf edə bilər.

Hərəkət – həyatdır, üzgüçülük isə  zövq verici hərəkətdir. Bu zövqdən özünüzü məhrum etməyin!